Avanqard

Xuan Ramon Ximenes - Yerə dönməyəcəm

18/04/2013












Tərcümə Günel Eyvazlı


Dönməyəcəyəm. Gecəylə uyumuş,
Yatmış, sakitləşmiş nadan dünyaya.
Ayın işığında yerlərə çökmüş,
Kölgə tək sürünən yalqız yollara.

Tərk edilmiş evin ara-bərəsi
Gecələr küləyə qonaq olacaq.
Mənim çıxıb getmiş ruhumu hər gün,
Boş qalmış otaqda hey axtaracaq.

Kimlər darıxacaq? Kim gözləyəcək?
Bunları heç zaman bilməyəcəyəm.
Özüm öz ruhumu, öz yaddaşımı,
Yalançı ümidlə bəsləyəcəyəm.

Hə. Ulduz, günəş, ay və çiçəklər,
Kədər, sevinc, qüssə olub, olacaq.
Bəlkə də ağacın soyuq kölgəsi,
Qəfləti görüşü arzulayacaq.

Köhnə pianonun bir gecə vaxtı,
Səsini eşidib diksinəcəyəm.
Amma, mən bilirəm, bir də heç zaman.
Pəncərə önünə keçməyəcəyəm.

Digər Məqalələr