Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası: “Yeddi gözəl”
31/05/2017
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdirilib.
Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası olan bu balet həm də Azərbaycanda “İslam Həmrəyliyi ili”nə həsr olunmuş növbəti layihələrdən biridir.
Səhnə əsərinin bədii rəhbəri Xalq Artisti Kamilla Hüseynova, xoreoqraflar Əməkdar Mədəniyyət İşçisi Mayra Almaszadə, Lyudmila Həsənova və Yekaterina Mustafayevadır. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri müşayiət edib. Orkestrin dirijoru Əməkdar Artist Əyyub Quliyevdir.
“Yeddi gözəl” baleti Bakı Xoreoqrafiya Akademiyasının tarixində ilk dəfədir ki, tələbələr tərəfindən ifa olunub. Baş rolları Seymur Qədiyev, Dinarə Şirinova, Nurlan Rəsulov, rolları Fatimə Xələfova, Nərmin Vəkilova, Aygül Həsənzadə və başqaları ifa ediblər. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib