IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
Avanqard 23/10/2025
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatdı. “İlahilik (Divine)” mövzusuna həsr olunmuş builki festivalın əsas tərəfdaşı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
İttifaqdan bildirilib ki, festival bir həftə ərzində kinosevərlərə yalnız dünyanın müxtəlif bölgələrində çəkilmiş maraqlı filmləri izləmək fürsəti deyil, həm də insanın iç dünyasına, onun işığına və kainatla əlaqəsinə baxış imkanı təqdim edib.
Sadə və səmimiyyət dolu atmosferdə keçən bağlanış mərasimində qaliblər elan edilib, mükafatlar təqdim olunub, münsiflər və rejissorlar festivalla bağlı düşüncələrini paylaşaraq sənədli filmin insan ruhuna təsirini bir daha vurğulayıblar.
Bu il DokuBaku-ya dünyanın müxtəlif ölkələrindən 200-dən çox film təqdim olunub. Onlardan 57 film, o cümlədən 5 yerli sənədli film, festival proqramına daxil edilib. /Azərtac/
Digər Məqalələr
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib