Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri yenidən İstanbul səhnəsində
22/12/2014
Xalq Yazıçısı Elçinin eyni adlı pyesi əsasında hazırlanmış “Şekspir” tamaşası növbəti dəfə İstanbul Şəhər Teatrında teatrsevərlərin görüşünə gəlib.
Tamaşanın səhnə tərtibatı və quruluşu Əməkdar İncəsənət Xadimi Məlahət Abbasovaya məxsusdur.
İki hissədən ibarət ekssentrik “Şekspir” komediyası türkiyəli aktyorlar – Selma Kutluğ, Sezai Aydın, Ertuğrul Postoğlu, Elçin Atamgüç, Murat Çoşkuner, Nevzat Çankara, Ezgim Kılınç və Özgür Dağdan ibarət istedadlı truppanın ifasında təqdim olunub.
Türkiyənin teatr aləmində görkəmli yer tutan Ayhan Doğan, Kemal Yiğitcan və başqaları tamaşanın yaradıcı heyətinə daxildir.
“Şekspir”in Türkiyədə böyük sevgi ilə seyr olunduğunu diqqətə çatdıran rejissor Məlahət Abbasova müsahibəsində deyib: “Şekspir” insanların ruhunu oxşayan bir komediyadır. Əsər bütövlükdə Azərbaycan xalqının yaradıcılıq istedadının göstəricisidir. Bu tamaşa Türkiyədə səhnələşdiriləndən bəri 8 müxtəlif mükafatla təltif olunub. Üç dəfə “İlin ən yaxşı dekorasiyasi” mükafatını alıb. Tamaşada oynayanlardan altısı bu əsərə görə 2014-cü ildə “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub”.
Rejissor bildirib ki, “Şekspir”i Türkiyənin digər şəhər teatrlarında da səhnələşdirmək barədə təkliflər almışam. /AzərTAc/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib