Xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib
18/01/2018
Xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib. Bu barədə “Qafqazinfo”ya rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib.
Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq.
Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.
Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə “Cücələrim” rəqs ansamblına rəhbərlik etməyə başlayıb.
Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib.
O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib