Avanqard

“Uğurlu satış üçün 55 məsləhət” adlı bu kitab çap olunub

14/04/2014

"Qanun" nəşrlər evi tərəfindən Andrey Sizovun “Uğurlu satış üçün 55 məsləhət” adlı bu kitab çap olunub.

Kitab, pe­şəkar bir satıcının illər ərzində qazanmış olduğu bil­giləri paylaşma arzusundan yaranmışdır. Burada satış deyərkən, hər bir məhsulun birbaşa satışı və müxtəlif xidmətlərin daha yüksək səviyyədə gös­tə­rilməsi üçün çox sadə üsullar nəzərdə tutulur.

Həm­çinin müxtəlif sahələri əhatə edən satıcı-müştəri mü­­nasibətlərinin tənzimlənməsi, müştərinin hər bir xid­mətdən razı qalmasını təmin edəcək vasitələr və bu münasibətlərin uğurlu sonluğa çatdırılma yolları göstərilmişdir.

Məmnun müştəriləri yola salmaq istə­yən hər bir xidmət obyekti və hər bir satıcı bu kitabdakı məlumatlardan faydalana bilər!

 Bakı, Qanun Nəşriyyatı, 2014. 104 səh.,

Ruscadan tərcümə:     Ayla Əliqızı
Redaktor:        Xalid Kazımlı

Digər Məqalələr