Avanqard

Türkiyədə Abid Tahirlinin kitabı nəşr olunub

03/10/2014

Türkiyədə Azərbaycan mətbuat tarixinin, xüsusilə mühacirət nəşrlərinin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru Abid Tahirlinin İsmayıl Qaspıralının həyat və yaradıcılığından bəhs edən “İsmayıl Gaspıralı dünyası, İsmayıl Gaspıralı dehası” adlı kitabı çapdan çıxıb.
 
“İleri” nəşriyyatı tərəfindən buraxılan kitabı Anadolu türkcəsinə Cumhur Turan çevirib.
 
Qeyd edək ki, bu kitab “Bütün türklərin tərcümanı” adı altında 2 dəfə nəşr edilib (Bakı, “Ozan”, 2011-ci il, 239 səh; “Ozan”, 2012-ci il, 312 səh.).
 
Qeyd edək ki, UNESCO tərəfindən 2014-cü il İsmayıl Qaspıralı ili elan olunub. /APA/

Digər Məqalələr