Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Moldovada beynəlxalq forumda iştirak edib
09/11/2016
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Moldovada keçirilən “Invest Gagauzia” II Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.
Forumda Moldovanın Baş naziri Pavel Filip, Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax, Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanov və müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, səfər çərçivəsində Günay Əfəndiyeva ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.
Forum çərçivəsində Günay Əfəndiyeva ilə İrina Vlax arasında görüş keçirilib. Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verib, onun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradıldığını bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qaqauzların türk dünyasının önəmli bir parçası olduğunu vurğulayaraq qaqauz dilinin, adət-ənənələrinin, mədəni irsinin qorunmasının vacibliyini qeyd edib.
İ.Vlax Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu əməkdaşlığın gələcəkdə birgə layihələrin reallaşdırılması baxımından müsbət nəticələr verəcəyini bildirib.
Görüş zamanı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, qaqauzların tarixi-mədəni irsinin mühafizəsi və təşviqi məqsədilə ortaq layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.../azertag.az/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib