Avanqard

Söhrab Sipehri - Yük daşıyan ulağın milçəyini qovacam

05/07/2013















Mən gələcəm
Bir gün məngələcəm,bir xəbər gətirəcəm,damarlara nur süzəcəmvə səsləyəcəm:«Ay səbəti yatmışlar,alma gətirmişəm –Günəşin qırmızı almasını!»Gələcəm:dilənçiyə yasəmən verəcəm,cüzamlı qadına sırğa bağışlayacam,kora deyəcəm: «Bağ nə baxmalıdır!»Hər yanı dolaşacam,küçələri gəzəcəm,car çəkəcəm: «Şeh, şeh, şeh!»Bir yolçu deyəcək: «Yaman zülmət gecədir».Ona bir kəhkəşan verəcəm.Körpünün üstündə ayaqsız bir qızcığaz var –ulduzları onun boynundan asacam.Bütün söyüşləri dodaqlardan yığacam,bütün divarları diblərindən yıxacam.Quldurlara deyəcəm:«Karvan gəlib, yükü təbəssüm!»Buludları parçalayacam.Gözləri Günəşə,ürəkləri eşqə,kölgələri suya,budaqları küləyədüyünləyib bağlayacam.Uşaqların yuxusunucırcıramaların nəğməsinə qovuşduracam.Çərpələnglər uçuracam,güldanları suvaracam.Gələcəm:Atlara, öküzlərə nəvazişin yaşıl ələfini verəcəm,Susuz madyana bir vedrə şeh içirəcəm,yolda yük daşıyan ulağın milçəyini qovacam.Gələcəm:Hər hasarın üstündə bir mixək əkəcəm,hər pəncərənin altında bir şeir oxuyacam,hər qarğaya bir şam ağacı verəcəm.İlana deyəcəm: «Qurbağa nə gözəldir!»Barışdıracam.Qovuşduracam.Yol keçəcəm.Nur içəcəm.Sevəcəm.
Tərcümə edən: Məsiaga Məhəmmədi

Digər Məqalələr