Avanqard

Sevinc El Sevər \"Falçı\" romanı çap olunub

27/12/2013

Gənc yazar Sevinc El Sevərin \"Qanu\"n nəşriyyatında \"Falçı\" romanı çap olunub.

Müəllif “Falçı” romanında Firuzə və onun kimi qız­ların xoşbəxtliyini əlindən alınmış cəmiyyəti bütün çılpaqlığı ilə, tünd boyalarla təsvir edir.

Qarabağın S rayonunun S kəndini qəfildən sel basır və kəndin sakinlərini dədə-baba yurdundan didərgin düşmüş ailələrin çadır düşərgəsinə köçürürlər. Bu talesiz insanlarla təbii fəlakət nəticəsində köçürülən ailələr arasında gərgin ziddiyyətlər yaranır. Əsərin qadın qəhrəmanı Fi­ruzə Bakıda İncəsənət Kollecində təhsil alıb rayona qa­yıtmış, bəxti gətirməyən qızlardandır. Fala baxmağı da Bakıda kirayədə qaldığı evin sahibəsindən öyrənib. Elə bu bacarığı da onun başına bəla olur. Bu qız şəhərdə göz­lənilməz hadisələrlə üzləşir. İlk sevgisinə qovuşa bil­mə­yən falçı qız ikinci sevgisinə qovuşsa da, tale yenə də onu tək­ləyir…

196 səhifəlik kitabın redaktoru Kənan Hacı, qiyməti isə 5 AZN-dir.

Bakı, Qanun Nəşriyyatı - 2014


Avanqard.net





Digər Məqalələr