Avanqard

Satirik şair Yusif Nazimin “Şou dünya”kitabının təqdimatı keçiriləcək

01/04/2015

Aprelin 5-i, saat 14:00-da “28 May” metrosu yaxınlığında yerləşən “Kitabevim.az” kitab marketində  gənc  satirik şair Yusif Nazimin “Şou dünya” adlı şeirlər  kitabının təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, Yusif Nazim 1988-ci il oktyabrın 10-da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. İlk təhsilini Qobustan rayon Göydərə kənd natamam orta məktəbində alıb. “Fizika-riyaziyyat və informatika” təmayüllü liseyin məzunudur. Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirib.

2011-ci ilin may ayında M.Ə.Sabirin vəfatıya əlaqədar keçirilən Ümumrespublika üzrə “Satira və qəzəl” müsabiqəsində   fəxri  diploma, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun həyata keçirdiyi “Vətənin pərvəi ol” adlı müsabiqdə isə şeir nominasiyası üzrə “Sərçə sevgisi” adı şeiri I yerə layiq görülüb.

“Şou dünya” şairin ilk kitabıdır. Kitabda şairin satrik şeirləri, sevgi və digər mövzularda yazılmış şeirləri, aforizmləri çap olunub.

Artpress.az

Digər Məqalələr