Avanqard

Robert Burns - Mənim də gülümü qırdı bir zalım

02/07/2013
















Dun sahilləri
Ey Dun, sahilləri, Dun sahilləri,Ey nəğmətək uçan balaca quşlar,Siz necə olmusuz sevgili, gözəl,Necə oxuyursuz beləcə, quşlar.
Siz nəğmə dedikcə, oxuduqca sizZaman da geriyə axırmış kimi.Qaytarırsız mənim keçmişdə qalanHeç vaxt dönməyəcək sevgilərimi.
Gözəl Dun, gələrəm sahillərinə,Sənin güllərini qoxlamaq üçün,Quşların oxuyar sevgindən yenəMəni də sevgidə yoxlamaq üçün.
Mən də tikanlı bir qızılgül qırdım,Yaşadım ömrümün gül anlarını,Mənim də gülümü qırdı bir zalımMənə qoyub getdi tikanlarını.

Tərcüməçi: Vaqif Bayatlı Odər

Digər Məqalələr