Rəssamlıq Akademiyasında gənc rəssamların sərgisi açılıb
14/07/2015
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsində qalib olan "Gənc rəssamların tanıtım sərgisi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində gənc istedadlı rəssamların sərgisi açılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi ölkənin müasir incəsənətinin və rəssamlığının inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılmasına, onların tanınmasına və yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Sərgi rəssamlıq istedadı olan (bura həm rəssamlıq təhsili olan, həm də həvəskar rəssamlar aiddir) 50 gənc rəssam arasında keçirilir. Müxtəlif mövzu və materiallardan hazırlanmış müasir incəsənət əsərləri nümayiş olunur.
İki gün davam edəcək sərgidə gənclərin əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
İştirakçının hər birinə diplomlar veriləcək, əsas 10 qalibə isə diplomla yanaşı, xatirə hədiyyələri də təqdim olunacaq. /AZƏRTAC/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib