Raymon Kenonun \"Biz
qadınlarla həmişə nəzakətliyik\" kitabı nəşr olunub
10/02/2016
\"Qanun\" nəşrlər evində Raymon Kenonun \"BİZ QADINLARLA HƏMİŞƏ NƏZAKƏTLİYİK\" kitabı çap olunub.
Görkəmli fransız yazıçısı, şair, esseist və tərcüməçi, sürrealist hərəkatın iştirakçısı, bir neçə nüfuzlu ədəbi mükafatların , o cümlədən “Qara Yumor Mükafatı”nın laureatı, ULİPO –nun (OULIPO - Ouvroir de la littrature potentielle, Potensial Ədəbi Qrup) – yaradıcılarından biri, Qonkur akademiyasının üzvü, məşhur erudit, rəssam və riyaziyyatçı.
Keno yaradıcılığına şair-sürrealist kimi başlayıb, yaradıcılığının son on beş ili OULİPO qrupu ilə bağlı olub. Amma, hər iki halda onu yazı texnikası daha çox maraqlandırıb, ona görə ki, Keno əsas bədii vəzifəsini ədəbi dilin qanunauyğunluqlarına və uğurlarına yeni nöqteyi-nəzərdən baxmaqda görüb.Onun adı və yaradıcılığı ədəbi dil mühitində ən radikal hallarla qoşa çəkilib.Raymon Keno 20-ci əsrin fransız poeziyasında həm virtuoz-eksperimentator, həm də nəzəriyyəçi- reformator kimi məşhurluq qazanıb. O, yeganə müasir yazıçıdır (o cümlədən şair və ədəbiyyatşünas) ki, dillə oyun əsasında öz yaradıcılığında da əksini tapmış yeni bədii sistem, yeni poetik dil yarada bilib. Təkcə bu fakt onu klassiklərin siyahısına salmaq üçün kifayətdir, baxmayaraq ki, onun yaradıcılığı bütün ənənələri dağıtmağa yönəlmişdi.Raymon Keno öz yaradıcılığında ikiüzlüləri, boğazdan yuxarı , pafoslu danışanları, xalqla olduğunu gözə soxmağa çalışan, əslində isə onun önünə çıxmağa cürət etməyənlərə gülüb. Azərbaycan ədəbiyyatında M.Ə.Sabir və C.Məmmədquluzadə öz ifadələri ilə necə məşhurdusa, Fransada da bu funksiyanı özündə daşıyan onun yaradıcılığıdır. O, əsərlərinə kütlənin danışıq tərzini, dili yaradan xalqın işlətdiyi söz və ifadələri salmağı borc bilib, ən adi fransızın düşüncə-danışıq tərzini kağız üzərində əbədiləşdirməyə çalışıb. Kenonun fikrincə, gülüş- ən güclü silahdır, həyatın bütün çətinliklərinə, hətta ölümə də qalib gələ bilən qüvvədir.“Biz qadınlarla həmişə nəzakətliyik”(1947) əsəri 1916-cı ildə Pasxa Bayramının birinci günündə Dublində baş tutmuş üsyana həsr edilmişdir. Əsər baş vermiş hadisələri tarixi nöqteyi-nəzərdən heç də düzgün təsvir etmir . Guya ki, mövcud olmuş irland yazıçısı Salli Maranın adından yazılıb və bu təxəllüs altında nəşr edilmiş kitaba daha iki əsər də daxildir. Onlardan daha biri - “Salli Maranın intim gündəliyi”(1950) adlı faciəvi-avtobioqrafik romandır.
Bakı, Qanun Nəşriyyatı, 2016, 272 səhifə. Çapa imzalanmışdır: 27.01.2016
Tərcümə: Ziya FazilRedaktor: Əziz RzazadəKorrektor: Reyhanə Nəcəfova

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48