Avanqard

Qeysər Əminpurun şeirləri

29/05/2013

Fars şairi (1959-2007)

Ariz Tarverdiyevin tərcüməsində







“Qaf”
və  “Q”  eşqin sonuncu hərfi.Mənim kiçik adımın başlandığı yer!

Stansiyanın səfəri
Qatar gedir,Sən gedirsənBütün stansiya gedir.
Və mən necə də sadəlövhəm.İllər boyusənin intizarınlabu getmiş qatarın kənarında dayanmışam,həmçinin, getmiş stansiyanın pillələrinəsöykənmişəm.

Sən bacararsanmı?
Mənillər uzunu öldümbir dəm yaşamaq üçün.
Bəssən necəbir zərrə,bir misqalmənim kimi ölməyide, bacararsanmı?

Ov
Balıqçıyemlərini dənizə tökdü.Sevincək qayıtdı.Bom-boş torun arasındaölümçabalayırdı.təkcə.

Yazılmamış şeir
Yox!Eşqlə daha işim yoxdu!Mən heç nəyi, mən heç kimidahabu zəmanədə sevməyəcəyəm.
Sankibu ruzigarın gözü yoxdu məni və sənibir günxoşbəxt və kədərsiz görməyə.
Çünkihər şeyi və hər kəsidaha çox sevsən əgər,hətta bir siqareti hətta zəhrimarı beləsəndən əsirgəyər...

Mən bütün vücudum ilə                            Özümü ölülüyə vurmuşam.Rüzigarın daha mənlə işi olmasın deyə.                            Bu təzə şeiri dəyazılmamış sayıram...                            Ruzigar qoxu almasın deyə.
Dedim ki,           eşqlə işim yoxdu mənim!
                                                                Dünya aşiqlərinin yaşıdı (3)
...AmmaBizim möcüzəmiz elə bu idi:Biz eşqi məktəbə apardıq.Qısa dəhliz boyunca,o kiçik kitabxanadaəmanət götürdüyümüz o kitabı-işarələr kitabını-                     birlikdə bir neçə saniyə oxuyaq deyə.


***Biz səssizcə mütaliə edirdik.Amma kitabı vərəqləyən zaman,təkcə,hərdən bir-birimizə bir nəzər...Qəfil“hisss!” barmaqları hər tərəfdən bizə tuşlanırdı.Elə bil,gözlərimizin səs-küyükitabxanadasükutariayət eləməmişdi.


Qaçılmaz ahəng
-Bəs nə üçünşeirlərinin ahəngi belə tutqun, kədərlirəngi belə acıdır?
-Quzu beləcə aram, başını önə əymişöz ayaqları iləqaçılmaz təqdirin sallaqxanasınayaxınlaşarkən        boynundakı zınqırovun,ah, necə ahəngi var?                                                                                                                         Qürub
Bütün cəngəllikGünəşin cənazəsinənamaz qılır.Amma, ağaclardan-küləklərin inancına rəğmən-bu camaat namazındaheç biri səcdəyə getməyəcəktorpaq üzərinə.

Ağappaq sətirlər
SözbəsözsətirbəsətirSəhifə-səhifəfəsil-fəsilMənim saçlarım ağarırSətir-sətirDəftərimin səhifələri dəqara rəng alır.

Bütün hövsələn iləbəyaz saçlarımı dənə-dənətək-təksaymaq istədinMehriban əllərinyolun baçlanğıcında yorular, dedim.Özünə başqa bir yol seç,
Vərəqlə dəftərimi!Nöqtə-nöqtəsözbəsözsətir-sətirşeirlərimi.Hesabla, tükbətüksaçlarımın dənləri tək.


Sabah yenidən...
Növbə       intizarnövbə       imzanömrə       yenə dəimza.


Sabah yenidən         növbəintizar          imzanömrə
Ey kaş, külək...Kaş ki, külək bütün bu kar-kağızı sovurardı!

Kaş külək...ya da,bir zərrə etimad...
ÖlümBizsənibütün ömrümüz boyunca anlamırıq,amma,Sənqəflətənhamını anlayırsan!
HeyrətGedişinlə bütün ağızlar qalıb açıq...Sanki deyirdilər:Qaç,aradan çıx!
Böyük arzuNə o qədər böyüyəmkiçik sayam özümü,Nə o qədər kiçiyəmözümü böyük ...
“Orta”lıqdan qaçmaqböyük arzudur?Məbada günüSən olmayıncaNə varlarımızGərəyincədirNə də “gərək”lərimiz... Həmişəki tək sözümün sonunuvə son sözümüqəhərlə yeyirəm.Bir ömürdücılız təbəssümlərimiürəyimdə yığıb saxlayıram:Məbada gününə qalsın deyə! Amma təqvim səfələrində“Məbada günü” deyə bir gün yoxdurO gün, hər nə də olsa,Dünənə bənzər bir günSabaha bənzər bir günLap bu günlərimizə tay bir gündürLakin kim nə bilir?Bəlkə,Bu gün də məbada günüdür!
 ***Sən olmayıncaNə varlarımızGərəyincədirNə “gərək”lərimiz... Sənsiz hər günMəbada günüdür!

Sükut fürsəti
Qalx, bu ürəyin qanıyla abdəst alaq, niyət edəkBu nəğmənin sularında birgə çimək, təmizlənək.
Ömür qısa, səssizliyin fürsəti çoxdur hələ ki,Acıdır sükutun dadı, gəl, bir azca söhbət edək.

Digər Məqalələr