Qarabağ müharibəsi haqqında yeni kitab
30/01/2015
Kitabda Yasamal taborunun II bölüyünün tərkibində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi ömür və döyüş yolu ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılıb.
Əsərdə tabor komandiri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu da geniş işıqlandırılıb. Kitabda, həmçinin Qarabağ münaqişəsinin, Xocalı soyqırımının, 20 Yanvar hadisələrinin hüquqi aspektlərinə də toxunulub.
Kitabda “Ön sözü”ün müəllifi və redaktoru fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovdur. Əsərə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, politoloq Hikmət Babaoğlu, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirli rəy vermişlər.
Xatırladaq ki, sözügedən əsər ötən il “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyası nəşr edilmiş gənc hüquqşünas Qaya Əliyevin bədii-publisistik janrda ilk qələm təcrübəsidir.
“Xalq qəzeti”Digər Məqalələr
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi