\"Qanun\" \"Babək\" və \"Tufan\"ı nəşr edib
09/02/2015
\"Qanun\" nəşrlər evi Ənvər Məmmədxanlının \"Babək\" romanını və Andre Moruanın \"Tufan\" kitabını nəşr edib.
Ənvər Məmmədxanlı - BABƏK
Mərhum yazıçımız Ənvər Məmmədxanlının uzun illər boyu üzərində işlədiyi “Babək” romanı
Azərbaycanın xalq qəhrəmanı Babək haqqında yazılmış bədii əsərlər içərisində öz orijinallığı və tarixi həqiqətə yaxınlığı ilə seçilir.
Roman yazıçının sağlığında işıq üzü görməmişdir.
Bakı, Qanun Nəşriyyatı, 2015, 352 səhifə. 1000 tiraj
ANDRE MORUA - TUFAN
New York. Birja. Fransız mənşəli qürbətçi Amerikada qazandıqlarının hamısını bir gündə itirir. Bundan xəbər tutan arvadı – rəhmsiz və təkəbbürlü qadın ərini dərhal tərk edir. İndi Jan Monyenin cəmi iki aya bəs edəcək 600 dolları qalıb. Bəs sonra necə olacaq? Onu hansı aqibət gözləyir?
Bir gün o, məktublar arasında reklam məzmunlu bir naməyə rast gəlir. Məktubu yollayan şirkət qəribə bir fəaliyyətlə məşğuldur. Təklif çox gözlənilməz və inanılmazdır – şirkət insanların rahat şəkildə dünyadan köçməsini təmin edir. Həm də heç bir qanunu tapdamadan. Üstəlik, “su qiymətinə” – cəmi 300 dollara.
Bu kitabda Andre Moruanın “Tonatos mehmanxanası”, “Fəslin çiçəkləri”, “Tufan” və digər hekayələri toplanıb. Hekayə janrının ustası olan Moruanın Jan Monyenin taleyindən bəhs edən hekayəsi kimi digər əsərləri də ilk sözündən son nöqtəsinədək oxucunu cazibəsində saxlayır.
Bakı, Qanun Nəşriyyatı, 2015, 216 səhifə. 1000 tiraj
Fransızcadan tərcümə: Hamlet Qocayev

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48