\"Qanun\"dan yeni və təkrar nəşrlər
14/04/2015
Marc Levy - BİZİM BİR-BİRİMİZƏ DEMƏDİYİMİZ SÖZLƏR
Culiyanın toyuna iki gün qalmış onun atası Entoni Uolşun katibi zəng etdi. Bacarıqlı biznesmen, lakin son dərəcə eqoist olan atası, Culiyanın düşündüyü kimi, mərasimdə iştirak etməyəcək. Düzdür, bu dəfə Entoninin, həqiqətən də, qeyd-şərtsiz bir bəhanəsi var: o ölüb. Culiya təsadüfən baş verən hadisənin tragikomik cəhətini müşahidə edir: atası onun həyatına soxularaq, planlarını alt-üst etmək kimi xüsusi bir istedada malik idi. Gözlənilən ziyafət bir göz qırpımında dəfn mərasiminə çevrildi. Lakin bu, sən demə, atasının Culiyaya hazırladığı heç də son sürprizi deyilmiş…
Ruscadan tərcümə: Ruhiyyə Məmmədova
Nəşriyyat redaktoru: Elsevər Muradov
Bakı, Qanun Nəşriyyatı, 2012, 340 səh.
OSHO - KİŞİLƏRİN KİTABI
Bu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın, dünyanın bütün ölkələrində mühazirələri əsasında kitabları yayınlanan qüdrətli fikir adamı Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda “İnsanın qurtuluşu” mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar sistemli şəkildə oxucuya təqdim olunur. Sözsüz ki, Oshonun saysız-hesabsız fikirlərini bir kitab şəklinə salmaq mümkün deyil. Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.
Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.
Osho reallığın əslində bütün teoriya və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.
Bakı, Qanun Nəşriyyatı, 2014, 248 səhifə.
Ruscadan tərcümə: Aysel Əlizadə
Redaktor: Kəmalə Abıyeva
ROBERT QRİN - HAKİMİYYƏTİN 48 QANUNU
İnsan psixologiyasının mahir bilicisi, Robert Qrin lətafətləndirmək və hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvali-ruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə sizə kömək edəcək. Bu kitabda toplanmış məsləhətlərə riayət etməklə, siz hər bir təbəssümü, hər bir jesti, hər bir sözü dağıdıcı silaha çevirə biləcək, rəhbərlərinizin, iş üzrə həmkarlarınızın sonsuz etimadına və hörmətinə nail ola biləcəksiniz. Siz hər bir qadını (və ya kişini) məftun edə, eləcə də özünə inamlı, gur, uğurlu şəxsiyyət ola biləcəksiniz.
Bakı, Qanun Nəşriyyatı, 2014, 264 səh.,
Ruscadan tərcümə: Nəriman Əbdülrəhmanlı
Redaktor: Elsevər Muradov
Astrid Lindqren - BALACA VƏ KARLSON
Stokholm şәһәrinin әn adi küçәsinin әn adi evindә Svanteson soyadlı çox adi bir İsveç ailәsi yaşayırdı. Bu ailә әn adi atadan, әn adi anadan və onların әn adi üç uşağından – Bosse, Betan vә Balacadan ibarәt idi.
Balaca һәmişә deyirdi:
– Mәn һeç dә әn adi balaca deyilәm.
Ancaq bunu o, әlbәttə, düz demirdi. Axı yer üzündә o qәdәr yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ona görә dә һeç şübһәniz olmasın: Balaca әn adi oğlan idi...
Антуан Де Сент-Экзюпери - Маленький принц
Прошу детей простить меня за то, что я посвятил эту книжку взрослому. Скажу в оправдание: этот взрослый — мой самый лучший друг. И еще: он понимает все на свете, даже детские книжки. И, наконец, он живет во Франции, а там сейчас голодно и холодно. И он очень нуждается в утешении. Если же все это меня не оправдывает, я посвящу эту книжку тому мальчику, каким был когда то мой взрослый друг. Ведь все взрослые сначала были детьми, только мало кто из них об этом помнит.
Итак, я исправляю посвящение: Леону Верту, когда он был маленьким
N.Andreyeva, O.Vasilyeva - Azərbaycan, rus, ingilis, alman və fransız dillərində
danışmağı öyrənənlər üçün illüstrasiyalı lüğət
Bu, xarici dilləri yeni öyrənməyə başlayanlar üçün Azərbaycan, rus, ingilis, alman və fransız dillərində olan illüstrasiyalı lüğətdir. O, məktəbəqədər və orta məktəbin ilk siniflərində təhsil alan uşaqların işini xeyli asanlaşdıra bilər. Nəşrdəki rəngli illüstrələr sözləri həm anlamağa, həm də yadda saxlamağa imkan verir. Kitabda mövzular bölmələr üzrə yerləşdiyindən, lazımi sözləri asanlıqla tapmaq imkanı yaranır.
Bu kitab vasitəsilə azyaşlı oxucular eyni vaxtda bir neçə xarici dilə dair xeyli söz ehtiyatına malik olmaq imkanı qazanır.
Balaca oxucular üçün - SEHRLİ NAĞILLAR
Biri var idi, biri yox idi, bir kasıb odunçu var idi. Odunçu və arvadının pulu yox idi ki, uşaqlarını doyunca yedizdirsinlər. Bu səbəbdən də onlar qərara gəldilər ki, uşaqları meşənin ən uzaq və dərin yerinə aparıb azdırsınlar. Uşaqlardan ən kiçiyi olan Cırtdan Oğlan valideynlərinin öz aralarında nədən danışdıqlarını eşitdi...

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48