Avanqard

"Qanun"dan iki yeni kitab

29/10/2019

CARMINE GALLO - TED KİMİ DANIŞ

İdeyalar XXI əsrin valyutasıdır, özünüzü və ideyalarınızı satmaq arzularınızı həyata keçirməkdə sizə kömək edəcək ən möhtəşəm bacarıqdır. TED (Technology, Entertainment, Design) (Texnologiya, Əyləncə, Dizayn) çıxışları uğurlu təqdimatın elementlərini yenidən təyin edib və natiqliyin qızıl standartına çevrilib; onun onlayn təqdimatları bir milyard dəfədən çox izlənilib. Ən yaxşı TED spikerlərinin istifadə etdiyi taktikalar hər təqdimatı daha dinamik etməklə yanaşı, istənilən komandanı da daha əsrarəngiz edəcək və ictimaiyyət qarşısında çıxış etmə həyəcanlarını aradan qaldırmaqda hər birinizə özgüvən verəcək.
“TED kimi danış” sizə böyük əhəmiyyətli fikirlər ətrafında təqdimatlar yaratmaq üçün alətləri, qəlbləri, beyinləri qazanmaq üçün bacarıq və həyatınızın çıxışını etmək üçün inam verəcəkdir. Eşidilməyə dəyər ideyalarınız var. Hər bir auditoriyanı ruhlandırmaq və ən cəsarət tələb edən məqsədinizə çatmaq üçün səsinizdən istifadə edin.

Qiyməti 9.99 AZN



ŞİMAL ŞƏFƏQİ - PHİLİP PULLMAN

Liranın həyatı onsuz da roman üçün maraqlı idi, amma təsadüfən əmisi lord Azrielin Oksfordun Vod İordan Kollecində həmkarları qarşısında etdiyi çıxışını eşitməsi bu həyatı daha da maraqlı edir. Kollec eksperimental ilahiyyat üzrə liderliyi ilə məşhur olmaqla yanaşı, həm də lord Azrielin bidətçi araşdırmalarını maliyyələşdirir. Lord Azriel Liranın yaşadığı, hər bir insanın öz qaraçuxası ilə doğulduğu, sehrin işlədiyi, tartarların Moskva ətrafını ələ keçirməsi təhlükəsinin olduğu, Roma papasının isə puritan protestantı olduğu dünyadan fərqli dünyaların mövcudluğunu araşdırır.
Qiyməti  13.40 AZN

Digər Məqalələr