Avanqard

\"Qanun\"da yeni kitablar nəşr olunub

31/03/2015

Con  Qrey - KİŞİLƏR Marsdan, QADINLAR Veneradandır


Bəzən kişi və qadınların sevgi münasibətlərində fikir ayrılığı, lazımsız dava-dalaş və mübahisələr yaranır. Bu da çox vaxt səbəbsiz ayrılıqlara səbəb olur. Bu kitab münasibətlər arasındakı gərginliyin səbəbini izah edir.
Con Qrey cinslər arasındakı fərqləri dərindən araşdırıb sağlam sevgi münasibətləri qurmaqda sizə yol göstərən praktik bələdçidir. Həyatınızı sevgiylə doldurmaq, xoşbəxt olmaq sizin də haqqınızdır! Sevgi ecazkardır və fərqlərinizi xatırladığınız halda həyatınıza rəng qatmaqda davam edəcək.

“Kişilər Marsdan, Qadınlar Veneradandır” Amerika yazıçısı və münasibətlər üzrə məsləhətçi Con Qrey tərəfindən yazılıb. 50 milyondan çox tirajla satılan bu kitab 1990-cı illərdə bestseller olaraq 121 həftə öz birinciliyini qoruyub.

                         
Bakı, Qanun Nəşriyyatı, 2015,400 səhifə.
İngiliscədən tərcümə:      Aysel Əhmədova






 
\"\" Nəcib  Məhfuz - YOL

“Yol” romanında Nəcib Məhfuz baş qəhrəmanı Sabiri iki yol – iki seçim qarşısında qoyur. Anasının vəfatından sonra Sabir heç vaxt görmədiyi atası zəngin aristokrat Səid Səid ər-Rəhimini axtarmağa başlayır. Həmişə anasının himayəsində rahat həyat yaşamış, heç bir sənəti, bacarığı olmayan Sabir yeganə çıxış yolunu zəngin atasını tapmaqda görür. Əvvəlcə İsgəndəriyyədə, daha sonra Qahirədə davam edən axtarışlar heç bir nəticə vermir. Bu axtarışlar ərzində tale Sabiri iki qadınla qarşılaşdırır. Bu iki qadının timsalında yazıçı qəhrəmanını iki seçim qarşısında qoyur – ya yeni bir həyata başlamaq, ya da cinayətə əl atmaq. Əsər boyu bu iki yol arasında gedib-gələn Sabirin daxili çəkişmələrinin, çəkdiyi iztirablarının, peşmançılığının şahidi oluruq.

“Oğru və itlər” ən yaxınlarının xəyanətinə məruz qalaraq həbsxanaya düşmüş Səid Mehranın intiqam hekayəsidir. O, ədaləti bərpa etməyə və nəyin bahasına olursa olsun, düşmənlərini məhv etməyə qərarlıdır. Onu ələ verən arvadını və yaxın dostu İleyşi, inqilabdan sonra varlanmış ustadı Rauf Əlvanı öldürmək, qızı Sənanı yanına almaq istəyən Səid, keçmişi ilə hesablaşmaq istərkən daha da çıxılmaz vəziyyətə düşür. Adi bir oğru ikən qatilə çevrilən Səid, həm izində polis itləri olan bir cinayətkar, həm də siyasi fikirlərindən saparaq onu aldadan insanların qurbanıdır.


Bakı, Qanun Nəşriyyatı, 2015, 336 səhifə.
Ərəbcədən tərcümə:     Hülya Aslan




 

\"\"Hektor  Malo - AİLƏSİZ

Əsər uzun müddət öz ata-anasının kim olduğunu bilməyən və yetim kimi yad adamların arasında dolaşan balaca Reminin həyatından və sərgüzəştlərindən bəhs edir.
Yazıçı, Reminin həyatını, onun dostları – mehriban Barberen ananı, nəcib Vitalisi, sədaqətli dostu Mattianı, düşmənləri – qəddar Qarafolini, vicdansız Driskolu, hiyləgər Ceyms Milliqanı böyük məharətlə təsvir edir. H.Malo povestin tam hüquqlu iştirakçıları olan heyvanların – meymun Duşkanın, Kapi, Dolçe və Zerbino itlərin təsvirinə də böyük diqqət yetirir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 400 səhifə.
Tərcümə edəni: Şəfiqə Ağayeva



 

\"\"Constantin Virgil Georgiu - MUHƏMMƏD TANINMASI GƏRƏKƏN PEYĞƏMBƏR


Kitabda İslam Peyğəmbərinin həyatı və mücadiləsi avropalı araşdırmaçı-yazar tərəfindən incə­lənmişdir. Hz. Muhəmmədin peyğəmbərlik öncəsi və sonrası həyatı haqqında diqqətçəkici bilgilər əsərdə yer almaqdadır. Yazar İslam tarixçilərinin yazdığı qaynaqlara dayanaraq daha modern bir yöntəmlə Peyğəmbərin mücadiləsini və İslami ədalət yolundakı fəaliyyətlərini aydınlatmağa çalışmışdır. İslamşünaslıq və peyğəmbərşünaslıq baxımından bu kitab oxuculara çox önəmli bilgilər verməkdədir.  

Bakı, Qanun Nəşriyyatı, 2015, 412 səhifə,
Tərcümə:  Güntay Gəncalp

Digər Məqalələr