\"Qanun\"da Natiq Məmmədlinin romanı çap olundu
26/12/2014
\"Qanun\" nəşriyyatında yazıçı Natiq Məmmədlinin yeni romanı çap olunub.
Nəşriyyatdan Avanqard.net-ə verilən məlumata görə roman \"Körpüdə ümid\" adlanır. Ümidqovan adlı məkan və bütün insanların arzularını həyata keçirən Ümid Piri. Qəflətən dili tutulan bir uşağı şəfa tapması üçün bura gətirirlər, üç gecə ziyarətgahda qalır, camaatın ağıldankəm hesab elədiyi Pirdəli ilə dostlaşır və maraqlı söhbətləri alınır. Əslində isə danışan onların dilləri yox, ürəkləri olur.
Arada tarixin də səsləri eşidilir. Min il geriyə qayıtmalı olursan, Pont hökmdarı Mitridatla Roma sərkərdəsi Pompeyin orduları Ümidqovanda üz-üzə gəlir. Təlaş içində olanları bir sual düşündürür, «kimə təslim olaq – Şərqə,yoxsa Qərbə».
Nəhayət, dili tutulan uşağın insanların gizli məktublarını oxuması ilə pir müqəddəsliyini itirir.
Ümidqovan – körpü üstündə vətən deməkdir. Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir.
Qeyd edəkm ki, 200 səhifəlik kitabın redaktoru Mahir Qarayev, qiyməti isə 2 AZN-dir.

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48