Avanqard

\"Qanun\"da iki yeni kitabçap olundu

21/04/2015

FRANS KAFKA - ATAMA MƏKTUB


Atama məktub Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
1919-cu ilin yanvarında Kafka Şlesendəki kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi götərilir.
Yüz səhifəlik əlyazmasından ibarət bu məktubda Kafka atası ilə konflikti çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.
 
Bakı, Qanun Nəşriyyatı, 2015, 264 səhifə, 1000 tiraj, 
Almancadan tərcümə: Vilayət Hacıyev


BÜRHAN SÖNMƏZ - MƏSUMLAR


Özüylə “Sirr kitabı” gəzdirən bir qadın, məsum şeirlərə inanır. Yuxusuz bir adam, qəbiristanlıq və ölümün sahilindən keçərək həyata uyğunlaşmağa çalışır.
Hər kəsin bir sirri və bir günahı vardır. O və qadın, bir gün taleyin sınıq körpüsündə qarşılaşırlar. Qadın “kitap falı” açır, o da özü-özünə çöl nəğmələri pıçıldayır.
Haymana ovalığında, Tehranda və Kembricdə keçən həyatlar…
Köhnə zamanların ümidini özündə əks etdirən bu romanda Bürhan Sönməz fərqli küləklərin sovurduğu çoxsaylı qəhrəmanları mahir bir incəliklə bir araya gətirir.


Bakı, Qanun Nəşriyyatı, 2015, 192 səhifə, 1000 tiraj
Tərcümə:  Zinyət Əmirova
Redaktor: Əziz Rzazadə
 

Digər Məqalələr