\"Qanun\"da Elxan Elatlının kitabları çap olunub
13/10/2015
Elxan Elatlı - BAKIDAN GƏLƏN XƏFİYYƏ
Bu kitab Azərbaycan milli detektivinin ən gözəl nümunələrindən biridir. Rusiyanın kiçik şəhərində baş vermiş sirli cinayətdə bir Azərbaycan türkü ittiham edilir. Bununla əlaqədar həmin şəhərdə milli ədavət qızışır. Nahaqdan təqib olunan, incidilən Azərbaycan türkləri çarəsiz durumda qalıb, doğma dövlətlərindən kömək istəyirlər. Azərbaycan baş vermiş cinayəti araşdırıb həqiqi qatili tapmaq və bununla yaranmaqda olan milli ədavətə son qoymaq üçün məşhur cinayət-axtarış eksperti polkovnik Qanbay Qasımlını həmin şəhərə göndərir...
Bakı, Qanun Nəşriyyatı, 2015, 336 səh., 2000 tiraj
Elxan Elatlı - O GECƏ YAĞIŞ YAĞIRDI
Kitabda tanınmış detektiv ustası Elxan Elatlının bu janrda ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.
Bakı, Qanun Nəşriyyatı, 2015, 340 səh., 2000 tiraj
Elxan Elatlı - PƏNCƏRƏDƏ GÖRÜNƏN KÖLGƏ
«Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özünəməxsus üslubunu yaratmışdır. Romanda Azərbaycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada məhəbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman yeniyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir.
Bakı, Qanun Nəşriyyatı, 2015, 200 səh., 2000 tiraj
Elxan Elatlı - QAN LƏKƏSİ
“Qan ləkəsi” romanı tanınmış detektiv ustası, vətənpərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən irihəcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir.
Bakı, Qanun Nəşriyyatı, 2015, 672 səh., 2000 tiraj
Elxan Elatlı - XƏYANƏT
Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır...
Bakı, Qanun Nəşriyyatı, 2015, 448 səh., 2000 tiraj

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48