Avanqard

\"Qanun\"da Aqata Kristinin iki kitabı çap olundu

17/03/2016

\"Qanun\" nəşrlər evində Aqata Kristinin iki kitabı çap olunub.


Aqata Kristi - MESOPOTAMİYADA QƏTL

Təsadüflərlə zəngin hadisələrdən bəhs edən roman ...  Müəmmalı bir cinayət...
Amerika  xəstəxanalarından birində işləyən tibb bacısı Ami Lezeran təsadüf nəticəsində İraqa gələrək burada yaşayan amerikalı ailədə işləyir. Yenə də  təsadüf nəticəsində bu ailənin dostu olan, İraqda xəstəxanada işləyən tibb elmləri doktoru Ciles Reyli tibb bacısı Ami Lezerana İraqda   başqa bir xəstəyə baxmağı təklif edir.
Xəstə Tell-Yarimcah qəsəbəsində yaşayan Amerika arxeoloq heyətinin başçısının həyat yoldaşı, gözəlliyi ilə hamını heyran edən misiz Luiz Leydner idi. Xəstəyə baxmağa başlayan tibb bacısı ilk gündən bu evdə gərgin ab-hava olduğunu  hiss edir. Arxeoloji heyətin də yaşadığı bu evdə nələrinsə baş verdiyindən duyuq düşən tibb bacısı tezliklə yanılmadığının şahidi olur. Luiz ona öz dərdini danışır. Kiminsə onu qarabaqara izlədiyini, anonim məktublar yazaraq öldürəcəyi ilə təhdid etdiyini deyir. Çox keçmir ki, Luiz otağında ölü tapılır...
Və təsadüflər nəticəsində iş üçün İraqda olan detektiv Erkül Puaro bu müəmmalı cinayəti araşdırmalı olur... Lakin bu cinayət Puaronun tez-tez rast gəlib araşdırdığı cinayətlərdən çox fərqlənirdi. Qatil çox peşəkarcasına işini görmüş, arxasında heç bir iz buraxmamışdır. Bununla yanaşı, arxeoloji heyətin bütün üzvlərinin qətlə yetirilən Luizə heyran olduğu, gözəlliyi qarşısında baş əydiyi təq­­dirdə bu xanıma nifrət etməsi detektivin işini daha da çətinləşdirirdi. Həmçinin Luizin iyirmi il əvvəl ölən ərin­dən təhdid məktubları alması da cinayəti daha da müəmmalı hala salırdı...

Bakı, Qanun Nəşriyyatı, 2016, 344 səh., 1000 tiraj, Tərcüməçi: Nərmin İsgəndər, Redaktor: Könül Nəsibova
                                     



Aqata Kristi  - \"Əlifba sırası ilə qətl”

“Əlifba sırası ilə qətl” Aqata Kristinin əfsanəvi romanlarından biridir.

Bu romanda Aqata Kristi tanınmış centlmen və dahi detektiv Erkül Puaronun daha bir sərgüzəştindən bəhs edir. Bir-biri ilə əlaqəsi olmayan insanların dalbadal silsilə qətlləri törədilir. Bütün bu qətllərin hamısında qurbanların adları və cinayət törədilən yer ingilis əlifbası sırası üzrə seçilir. Cinayətin yerini də, vaxtını da qatil əvvəlcədən özü seçir və detektivə bildirir, ancaq fərasətli Puaro daima cinayət baş verən yerə gecikir. Bu rəqabət Puaronun qatilin corab satan ticarət agenti olduğunu təxmin edənə qədər davam edir.

Bakı, Qanun Nəşriyyatı, 2016, 284 səhifə, 1000 Tiraj, Tərcümə: Afaq Mustafa.

Digər Məqalələr