\"Qanun\" \"Sirrlər xəzinəsi\"ni yenidən çap edib
11/11/2014
\"Qanun\" nəşriyyat evi yeni kitablar çap edib. Aşağıda həmin kitablar haqqında məlumatlar yer alıb.
Nizami Gəncəvi - Sirrlər xəzinəsi
«Sirlər xəzinəsi» («Məxzənül-əsrar») böyük Azərbaycan şairi Nizami Gəncəvinin Yaxın Şərqdə «beş xəzinə» adı ilə şöhrət qazanmış «Xəmsə»sinin ilk məsnəvisidir. Şair bu əsəri təxminən 1178-79-cu illərdə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162–1225) ithaf etmişdir.
«Sirlər xəzinəsi» yazılı ədəbiyyata Nizami tərəfindən gətirilmiş səri bəhrində yazılmışdır. Əsərin kompozisiyası da orijinaldır.
Əsərin canını iyirmi məqalat təşkil edir. Nizami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırarır.
Şair, əsasən, öz müasirlərinə xitab edir: hökmdarlara, dövlət adamlarına və oxucularına nəsihətlər verərək onları pis əməllərdən çəkinməyə çağırır.
Şairin bu dərin mənalı, dövrü üçün son dərəcə mütərəqqi fikirlərinin məcmuəsi olan “Sirlər xəzinəsi” bugünkü Azərbaycan oxucusu üçün tükənməyən qaynaqdır.
Bu kitab ilk dəfə Nizami Gəncəvinin 840 illiyinə həsr edilərək Azərbaycan SSRİ Elmlər Akademiyası “Elm” Nəşriyyatı tərəfindən 1981-ci ildə çap olunmuşdur.
Bakı, Qanun Nəşriyyatı, 2014. 328 səh.
С.K.Roulinq - HARRİ POTTER VƏ AZKABAN MƏHBUSU
Harri Potter və dostları Hoqvartsda üçüncü illərinə qədəm qoyurlar. Sehr dünyasının isə bütün diqqəti, qüvvələri Azkaban həbsxanasından qaçmağı bacarmış sehrbaz, Qara Lordun sadiq xidmətçisi Sirius Blekin axtarışına yönəlib. Bəs, görəsən, Blek və Harrini birləşdirən nədir? Görəsən, bu dəfə Sağ Qalmış uşağın macəraları nələr olacaq?
Bakı, Qanun Nəşriyyatı, 2014, 456 səh.,
Tərcümə edən: Fərid Hüseynli
Redaktor: Rövşən Ağayev
STİVEN KİNQ - 11/22/63
Con Kennedinin Dallasda qətlə yetirilməsindən haradasa, təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi? “11/22/63” romanında yazdığım heç nə bu suallara cavab vermir. Çünki təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır. Əgər siz də mənim kimi, bu sualların cavabsız qalmasında hələ də maraqlısınızsa, düşünürəm ki, sizə iki sözdən ibarət qənaətbəxş cavab verə bilərəm: Karen Karlin. Bu yalnız tarixə haşiyə deyil, bu, haşiyəyə haşiyədir. Amma yenə də...
Bakı, Qanun Nəşriyyatı, 2014., 916 səh.,
İngiliscədən tərcümə: Nəzakət Ağayeva
Redaktor: Nəzirməmməd Zöhrablı

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48