Avanqard

\"Qanun\" nəşrlər evində yeni kitablar çap olundu

13/03/2015

Knut Hamsun - VİKTORİYA
Romanın süjetini faciəvi məhəbbət mövzusu təşkil edir. Əsərdə yalnız dəlicəsinə sevənlərin labüd məhvə məhkum olması deyil, onların qarşısında keçilməsi çətin sədlər qoyan silki bərabərsizlik motivi də səslənir. «Viktoriya»da məhəbbət dramının sosial səbəbləri yeni məzmunda canlanır.
Bakı, Qanun Nəşriyyatı, 2015, 164 səhifə. Tərcümə:        Nadir QocabəyliRedaktor:       Əziz Rzazadə





\"\"Knut Hamsun - PAN
Yunan əsatirinə görə, Pan meşə, tarla və mal-qara tanrısı Hermesin oğludur. Panın barıtqabının üzərindəki kiçik fiquru ovçu Qlanın onun təsiri altında olduğuna işa­rə­dir. Qlan, demək olar ki, qadınlar üzərində sonsuz haki­miy­yə­tə malik olmasıyla Pana bənzəyir. Buna baxmayaraq, bu bənzəyişin onun xarakterindəki əsas xüsusiyyətə dəxli yox­­dur. Qlan öz arzu və istəklərini hər şeydən üstün tutan müa­sir «əsəbi insan»dır. Cəmiyyətdəki ruhsuzluq onu tən­ha qalaraq öz «mən»inin sirlərini çözə biləcəyi meşəyə sı­ğın­mağa məcbur edir. İnsanlardan uzaqlaşan qəh­rə­man öz azadlığına qovuşur.
Bakı, Qanun Nəşriyyatı, 2015, 196 səhifə. 1000 tirajTərcümə: Nadir QocabəyliRedaktor: Xeybər Göyyallı



\"\"Knut Hamsun - NAĞILLAR DİYARINDA
1899-cu ilin payızında Hamsun Rusiyaya və Qafqaza səfər etmiş, Peterburqu, Moskvanı, daha sonra Vladiqafqazı, Tiflisi, Batumu, Bakını gəzmişdir. 1903-cü ildə səfər təəssüratlarından bəhs edən «Nağıllar diyarında» adlı yol qeydlərini qələmə alan yazıçı bu ölkələr və şəhərlərlə bağlı müəyyən məqamlara toxunmuş, regionumuzda yaşayan xalqlar, xüsusən də ermənilər haqqında olduqca maraqlı fikirlər ­söyləmişdir.
Bakı, Qanun Nəşriyyatı, 2015, 276 səhifə. 1000 tirajTərcümə:       Nadir Qocabəyli Redaktor:      Təhminə Bədəlova
 



\"\"Napoleon Hill  -  ZƏNGİNLİYİN AÇARI
Siz yalnız pulla əldə edilən maddi rifaha can atırsınız. Çünki öz istedad və bacarığınızdan faydalanaraq həyatın təqdim etdiyi naz-nemətlərdən maksimum dərəcədə həzz almaq istəyirsiniz. Bu, zənginliyə doğru uzanan yollardan yalnız biridir və ona, son məqsədə ancaq bircə şərtlə nail olmaq mümkündür – siz zənginliyə doğru aparan yolun açarını tapmalısınız. Napoleon Hill zənginliyin əldə edilməsi üçün universal açarı təqdim edir. Bu açarı o özü kəşf edib. Onun fövqəladə mexanizmi cazibədar dünya qarşısındakı qapıları üzünüzə taybatay açacaq. Bu kitabı oxumaqla həmin sehrli açarı əldə edəcəksiniz. 
Bakı, Qanun Nəşriyyatı, 2015, 296 səhifə, 1000 tirajTərcümə:             Seymur ŞahbazovRedaktor:            Əziz Rzazadə 



\"\"Seyfulla Aslanov - İstintaq sirri
Vəsait Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlan­mışdır. Vəsaitdə cinayət mühakimə icraatında konfiden­siallığın (dövlət sirrinin, şəxsi, ailə, mənzil və yazışma, eləcə də kommersiya, peşə və istintaq sirrinin) mühafizəsi ilə əlaqədar Azərbaycan Respub­likasının qanunvericiliyi və istintaq təcrübəsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir.Ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətində inform­asiya və biliklər ən mühüm resursdur. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və tex­nolo­giyalarının rolunun art­ması informasiya təhlükəsizliyi məsələ­lərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun təhlükəsizlik səviyyə­sindən asılı olur.Bu nəşr cinayət mühakimə icraatında informasiya təhlükəsizliyi və konfi­densiallığın hüquqi tənzimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbi­qinə dair metodik vəsait kimi həmin sahədə işlənib hazırlanmış ilk tədqiqat əsəridir. Çox ehtimal ki, bu vəsait qeyd edilən istiqamətdə hüquq-mühafizə orqanları əməkdaş­larının, o cümlədən bu orqanların kadr korpusunda xüsusi çəkisi ilə fərqlənən gənclərin hüquqi biliklə­rinin və peşə qabiliyyətinin artırılmasında müəyyən rol oynayacaq, bu sahədə yüksək keyfiyyət göstəricilərinə malik yeni hüquq ədəbiyyatı nümunələri hazırlanması işini stimullaşdıracaqdır. 
Bakı, Qanun nəşriyyatı, 2015, 240 səh., 500 tiraj.

Digər Məqalələr