Avanqard

"Qanun" nəşrlər evi Aqata Kristinin yeni kitabını nəşr edib

29/09/2014

Aqata Kristi - ÖLÜMLƏ GÖRÜŞ 

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət 
edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa 
kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün 
ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət 
etmək canini tapmağa kifayət edir. 
Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins 
Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı 
Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.

Bakı, Qanun Nəşriyyatı, 2014, 204 səhifə. İngiliscədən tərcümə: Gülər QasımovaKorrektor: İradə Musalı

Digər Məqalələr