\"Qanun\" nəşrlər evi iki yeni kitab nəşr edib
11/06/2014
\"Qanun\" nəşrlər evi iki yenu kitab nəşr eidb. Kitablar haqqında məlumatı təqdim edirik.
ANNA FRANK - Gündəlik
Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gündəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qaldığı sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu gündəlik yazmağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı.
Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğmalarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Anna Frank özünün və yaxınlarının gələcəyi ilə bağlı daim qorxularla dolu olsa da, gündəliyi üçün narahat olmur, sanki onun bir möcüzə nəticəsində salamat qalacağını qabaqcadan bilir: ailəsinin həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər, bəlkə doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır?
Gündəlik kitab şəklində ilk dəfə 1947-ci ildə Niderlandda işıq üzü görür. 1952-ci ildə Amerika və İngiltərədə nəşr olunur. Hazırda gündəliyi dünyanın 70-dən çox ölkəsi öz dilində çap edib.
Bakı, Qanun Nəşriyyatı, 2014, 384 səh. 1000 tiraj
Ruscadan tərcümə: Vaqif Azəryar
Redaktor: Nüşabə Hüseynli
Korrektor: Gülgəz Nur
YOQA
Yoqa – Hindistanda və Tibetdə, yüzilliklərlə vedist, tantrist və buddist ənənələri əsasında inkişaf edən qədim sistemdir.
Qədim yoq mədəniyyəti – insanı tənəffüsdən, bədəndən, əqildən və ruhdan özünütəcrid etmək – yəni ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşmaq uğrunda bir vasitədir. Bəs nəyə görə biz bu gün yoqadan istifadə edirik? Bu qədim məlhəm və gizli təlim müasir dövrdə bədənin ruhlanmasına və gücün toplanmasına necə kömək edir?
Biz bədən vasitəsilə dünyanı dərk edir, duyğu və həyəcanı sınaqdan keçirir, özümüzü təqdim edirik. Yoqa təlimində ehtimal ki, insanın səadət və azadlığı onun sağlamlığından asılıdır. Emosional, fiziki və mənəvi rifah insana inkişaf etməyə, firavan yaşamağa imkan verir. Yoqanın digər fiziki hərəkətlərdən fərqi ondadır ki, o, həyatın bütün aspektlərinə toxunur.
Bu kitabda bütün yuxarıda deyilənlər illüstraliyalarla birlikdə öz əksini tapmış və Siz – tələbkar oxucularımıza təqdim edilir.
Bakı, Qanun Nəşriyyatı, 2014, 92 səh. 1000 tiraj, 3.99 AZN
Ruscadan tərcümə: Bəhram Mustafabəyli
Redaktor: Müqəddəs Şahbazov