\"Qanun\" nəşriyyatının çap etdiyi yeni kitablar
12/11/2013
“Qanun”
nəşriyyatı Azərbaycan və dünya ədəbiyyatı seriyasından kitab nəşrini
davam etdirməkdədir. Nəşriyyat son günlərdə Çingiz Abdullayev, Qaraqan,
Amin Maalouf, Paulo Coelho, Qabriel Qarsia Markes kimi yerli və xarici
müəlliflərinin kitablarını çap edib. Çap olunan kitablar arasında ikinci
dəfəf yenidən nəşr olunan kitablar da var. Aşağıdakı sıyahılda çap
edilən kitablar haqqında ətraflı məlumatla tanış ola bilərsiniz.
Çingiz Abdullayev - YENİ CƏNGAVƏR QADINLARIN QƏBİLƏSİ
Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədilə şəhərdən kənar bağ evində qonaqlarını yığır – demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlanmadan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir – içəri girən oğruya maneə törədən Paşkov onun tərəfindən bıçaqlanır və cani qaçıb gedir. Lakin bu işin araşdırılması məşhur mütəxəssis Dronqoya həvalə olunur və o aydınlaşdırır ki, həmin gecə bağ evində yığışan “qatı dostlar” kimi adlandığımız insanlar olub –sən demə onları bir-birilərindən olduqca çox köhnə ədavətlər ayırırmış. Bu isə o deməkdir iş belə tezliklə bağlanmayacaq...
280 səhifə, 2000 tiraj
Ruscadan tərcümə:
Ülviyyə Ağayeva
Nəşriyyat redaktoru:
Ehtiram İlham
Amin Maalouf - SƏMƏRQƏND
Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtəlif redaksiyalarda yönətici və köşə yazarı kimi fəaliyyət göstərən Maalouf hazırda vaxtının əksəriyyətini kitab yazmaqla keçirir. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edildiyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassiklər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də böyük coşqu doğurmuş və bir çox dillərə tərcümə edilmişdir. “Səmərqənd”dən sonra qələmə aldığı digər iki əsəri – “Les Jardins de lumière” (“İşıq bağçaları”) (1991) və “Le Premier Siecle après Béatrice” (“Beatrisdən sonra birinci əsr”) (1992) əsərləri də roman janrında yazılmışdır. Amin Maalouf 1993-cü ildə işıq üzü görən “Le Rocher de Tanions” (“Tanios qayaları”) əsəri ilə “Goncourt” mükafatına layiq görülmüşdür. “Les Echelles du Levant” (“Şərqin limanları”) romanı 1996-cı ildə, “Les İdentité Meurtrière” (“Ölümcül şəxsiyyətlər”) adlı esselər toplusu isə 1998-ci ildə nəşr edilmişdir. 2000-ci ildə Maalouf “Le Périple de Baldassare” əsəri yayımlandı. Finlandiyalı musiqiçi Kayya Saariaxonun bəstələdiyi opera üçün yazdığı “Uzaqdan məhəbbət” (2002) Maalouf ilk librettosudur. 2004-cü ildə “Origines” (“Başlanğıclar”) romanı, 2006-cı ildə ikinci librettosu “Adriana Mater”, 2009-cu ildə isə ikinci esselər toplusu “Le dérèglement du monde” (“Dünyanın əxlaqsızlığı”) əsərləri yayımlanmışdır. Amin Maalouf 2011-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir.
Amin Maalouf SAMARCANDE
Amin Maalouf SƏMƏRQƏND
436 səhifə. 1000 tiraj
Fransızcadan tərcümə: Minə Candan Rauf qızı
Nəşriyyat redaktoru: Təhminə Bədəlova
Paulo Coelho - ON BİR DƏQİQƏ\"
(2-ci nəşri)
Bu əsər eşq və ehtiras haqqındadır. İki bədənin bir-birilə ehtiras dilində danışmağı öyrənməsindən bəhs edir.
Braziliyanın ucqar bir əyalətində yaşayan Mariya xarici ölkələr üçün işçi toplayan birinin təkidlərinə duruş gətirməyib İsveçrəyə, qapalı klublardan birində rəqqasə işləməyə yollanır. Orada rastlaşdığı reallıqsa vəd edilənlərdən çox fərqlənir və Mariya fahişəliyə başlamalı olur. Amma bu yolda qızı elə bir görüş gözləyir ki, həm Mariyanın özünü, həm də onun həya- tını dəyişəcək.
304 səh., 1000 tiraj
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Qaraqan - BİRİNCİ ADDIM. “BEŞ ANONİM MİLYONÇU“
“Üç Addım” trilogiyası ən vacib üç suala cavab axtarır. Biz Kimik? Bura niyə gəlmişik? Hara gedirik? İnsanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, dinlər və əqidələrin kəsişməsində yaranan tarix və onun bizə təsiri. Pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyətlər. “Birinci Addım” Qaraqanın öz dilindən danışılan bu kitab dünyəvi dəyərləri araşdırır və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pul, Uğur və Xoşbəxtlik arasında daha nələr var? Və doğrudanmı bunlar üçün mübarizə aparmaq lazımdır?
256 səh., 1500 tiraj
7 AZN
Qabriel Qarsia Markes - EŞQ VƏ BAŞQA CİNLƏR
(2-ci nəşri)
Bir uğursuz, sonu faciəli eşq hekayətidir.
Valideynlərinin sevgisindən məhrum, dünyanı zənci magiyası ilə dərk edən, azadlığın dəyərini kölələrdən öyrənən və eşqini qaranlıq kilsə hücrəsində tapan azyaşlı bir qız və zahidlik andı içmiş əqidəli, Tanrıya inancında səmimi olan, amma həqiqi inancın məhz Yaradana və yaradılmışlara sevgi olduğunu sonda anlayan 33 yaşlı rahibin ürəkparçalayan dastanı.
Oxşar hekayətlər bir çox xalqlarda mövcuddur. Am¬ma Markesin nəql etdiyi dastanın bir ayrı gözəlliyi və sehri var.
Rus dilindən tərcümə: Əziz Rzazadə
248 səhifə.
Qabriel Qarsia Markes - GÖZLƏNİLƏN BİR QƏTLİN TARİXÇƏSİ
(2-ci nəşri)
Santyaqo Nasarın öləcəyini bilən bütün şəhər əhli qətlin baş verdiyi ana qədər bunu ciddi qəbul eləmir. Elə Nasar özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru gedir.
Markesin əsərləri içində məzmunca ən mistik və həm də ən realist olan bu povesti oxucunu heyrətamiz şəkildə gözlənilən faciənin havasına kökləyir. Bəs nə üçün hamı bir nəfər kimi onun qurtulmasını istədiyi halda, heç kimsə bu labüd qətlin qarşısını ala bilmir – hətta qatilin özünün də bu dünyada Nasarı həyatdan məhrum eləməkdən az istədiyi bir şey yoxdur.
128 səh. 1000 tiraj. qiyməti 4 azn
Avanqard.net

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48