Avanqard

"Qanun" nəşriyyatından yeni seriya: Musa Yaqubun sevgi şeirləri

26/12/2013

"QANUN" nəşriyyatı yeni seriyanın nəşrinə başladı. SEVGİ ŞEİRLƏRİ seriyasında Azərbaycan şairlərinin müxtəlif dövlərdə yazılmış sevgi şerləri nəşr olunacaq. Bu seriyada nəşr olunan ilk kitab  Musa Yaqubundur. Növbəti kitab Məmməd İsmayılın olacaq.

Kitabda sevilən Azərbaycan şairi  Musa Yaqubun müx­­­təlif zaman kəsiyində qələmə aldığı sevgi şeirləri toplanmışdır.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. Daha sonra 1967-1973-cü illərdə ADU-nun filologiya fa­kül­təsində qiyabi təhsil almış, həmin illərdə də Buynuz kənd 8 illik məktəbinin müdiri vəzifəsində çalışıb.

Bakıya köçəndən sonra, 1974-1978-ci illərdə Azər­bay­can Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şö­bə­si­nin müdiri vəzifəsini icra edib.

Uzun müddət İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb.

Mol­­­dovada Sovet ədəbiyyatı, Ukrayna və Özbə­kis­tan­da Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq təd­­birlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ti­carət və məişət xidməti daimi komissiyasınm sədri olub.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məc­lisinin deputatı olub.

M.F.Axundov adına mükafata layiq görülüb.

Kitabın redaktoru Nəzir Məmməd, qiyməti 3.50 AZN-dir.


Avanqrad.net

Digər Məqalələr