\"Qanun\" nəşriyyatında yeni kitablar çap olunub
12/09/2014
Rüstəm Behrudi - Bir dəli ayrılıq kimi
Rüstəm Behrudi 80-ci illər ədəbiyyata gəlmiş, istedadlı şair, geniş düşüncə və fikir adamıdır.
Milli azadlıq hərəkatının ilk fədailərindən olan R.Behrudinin bütün yaradıcılığı yeni türk milli düşüncə tərzinin formalaşmasına, fəlsəfi fikirlərin zənginləşməsinə xidmət etmiş sənət nümunələridir.
O “şairlər gerçək aşiqlər deyillər. Onlar yaşanılası lazım olanı sözə çevirdilər və ona görə də sevdanın nə olduğunu heç vaxt bilməyəcəklər” söyləsə də, dillər əzbəri olan sevgi şeirlərinin müəllifidir.
Bu kitabda onun müxtəlif kitablarında nəşr olunmuş sevgi şeirləri toplanmışdır.
Bakı, Qanun Nəşriyyatı, 2014, 232 səh., 500 tiraj
Redaktor: Tahir Kazımlı
Tərtib edən: Ülkər Mirzəyeva
Rəsmlər: Con Miro
Dale Carnegie - How to win friends and influence people
Natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur.
Kitab geniş oxucu kütləsinə ünvanlanmışdır.
Bakı, Qanun Nəşriyyatı, 2014, 312 səh.,
Ruscadan tərcümə edən: Həmid VƏLİYEV
Redaktor: İradə Muradova
Korrektor: Flora Əliyeva
Malcolm Gladwell - DAVID AND GOLIATH
Bir sıra bestseller müəllifi jurnalist Malkolm Qladuell, mifik David və Qoliafın qarşıdurmasından qaynaqlanaraq zəifin qüvvətli üzərində qələbəsini analiz edir. Hər bir fəsildə bir adamın – məşhur və ya naməlum, sıradan və ya qabiliyyətli – həlledilməz görünən bir problemlə qarşılaşarkən fəaliyyət göstərmək məcburiyyətində qalan birinin tarixçəsi danışılır. Necə etməli: qaydalara uyğun oynamaq, yoxsa öz instinktlərinə bel bağlamaq? Təslim olmaq, yoxsa sona qədər müqavimət göstərmək? Cavab zərbəsi endirmək, yoxsa bağışlamaq?
İnsan – adaptiv bir varlıqdır, lakin elə vəziyyətlər olur ki, orada adaptasya məğlubiyyətə bərabərdir. Ona görə də öz daxili ehtiyatlarını – iradə, ağıl, fiziki resursları, fantaziyanı – səfərbər edərək olumsuz şərtlər üzərində qələbə çalmaq lazımdır. Çox qüvvətli “qoliaflara” qarşı böyük çətinliklərlə qalib gəlmiş real adamların hekayələri bizə göstərir ki, hətta zəiflər belə taleyin dəhşətli zərbələrinə davam gətirərək nəinki qırılmır, hətta yeni qələbələr üçün özündə qüvvə tapa bilir.
Bakı, Qanun Nəşriyyatı, 2014, 288 səhifə, 1000 tiraj
İngiliscədən tərcümə: Sabir Sadıqov
Redaktor: Təhminə Bədəlova
Korrektorlar: Anjela Quliyeva
Aysel Məmmədova
TRUMAN KAPOTE - TİFFANİDƏ SƏHƏR YEMƏYİ
“Tiffanidə səhər yeməyi” Truman Kapotenin oxunaqlı əsərlərindən biridir. Əsərdə söhbət şıltaq təbiətli, düzənsiz həyat yaşayan bir qızın – Holli Qolaytlinin taleyindən gedir. Holli Qolaytlidə uşaq sadəlövhlüyü ilə yüksək qadın cazibəsi birləşir. O, sanki bununla hadisələrin cərəyan etdiyi Nyu-Yorkun da mahiyyətini təcəssüm etdirir. Nyu-York – arzuları əlçatan uzaqlıqda, lakin parlaq vitrin şüşələrinin arxasında gizlədən şəhər...
“Tiffanidə səhər yeməyi” rəvan təhkiyəli əsərdir, birnəfəsə oxunur.
Bakı, Qanun Nəşriyyatı, 2014, 152 səhifə. 1000 tiraj
İngiliscədən tərcümə: Məlahət Adilova
Redaktor: Xalid Kazımlı
Korrektorlar: Flora Əliyeva,
Ceyran Abbasova
JEFFREY J.FOX - HOW TO BECOME A GREAT BOSS
Bizim zamanda şirkət yalnız o vaxt gəlirlə işləyəcək ki, onda əməkdaşlıq ruhu hökm sürsün, rəhbər vəzifələri dəqiq müəyyənləşdirsin, hər bir əməkdaş isə öz iş yerində şirkətin uğurunun qeydinə qalsın. Ona görə də rəhbərlərin öz ətraflarına istedadlı əməkdaşları toplaması həmişə çox mühümdür. C.C.Foksun kitabı bu çətin vəzifəni yerinə yetirmək üçün sınanmış və qeyri-standart tövsiyələrdən ibarətdir. Tövsiyələr müəllifin və bir sıra Amerika şirkətlərinin aparıcı top-menecerlərinin real təcrübələrinə əsaslanmışdır və yüksək səviyyədə praktiki əhəmiyyət kəsb edirlər.
Kitab həm hazırda fəaliyyət göstərən rəhbərlər, həm də vəzifə tutmağa çalışanlar və gələcəkdə böyük rəhbər olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
Bakı, Qanun Nəşriyyatı, 2014, 136 səhifə. 1000 tiraj
Rus dilindən tərcümə: Fəxrəddin Ağazadə
Korrektor: Nigar Musayeva

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48