Pərvanə Məmmədli - Gözü ulduzlarda,ayağı torpaqda olan şair
11/06/2020
Poetik istedad özlüyündə heyrətamiz bir haldır,
Allahın bəxş etdiyi vergidir. Və qadına aid olduqda daha çəkici,
cazibəli olur. Əslində, şeiri kimin yazmasına görə; kişi və qadına
bölmək olmaz. Ancaq yenə də məhz qadının fəhmi, duyumu və ilhamı ilə
yaradılan ayrıca obrazlar və düşüncələr dünyası mövcuddur. Fərqanə
Mehdiyevada olduğu kimi. O Azərbaycan qadın şairlərinin içində özəl
üslubu olanlardandır.
Fərqanə ilə çox az müddət ərzində tanış oldum və az bir vaxtda onu tanıdımsa da varlığı ilə, şeiriyyəti ilə qəlbimdə dərin dərin iz qoydu. O çoxlarında indi az olan məziyyətləri ilə mənə maraqlı, dogma gəldi.
Fərqanəyə xas olan cəhətlərdən biri o idi ki, ürəyi həyat eşqi, yaşamaq sevgisi ilə dolu idi. Çox həssasıydı və heç nə gözündən heç nə qaçmırdı. Ağzı xeyir-dualı olub, qəlbi, xisləti ilə ətrafa xoş niyyət saçırdı.
Bütün varlığı ilə şeiriyyət idi və içində müsbət enerjinin şəfəqlərini hiss etmək olurdu.
Hər yerə vaxt tapıb özünü çatdırardı. İstər sosial şəbəkədə olsun ya istər hər hansı uzaq-yaxın məkanda, fürsət tapıb qatılar, xoş sözlərini əsirgəməzdi. O fevral ayında doğulsa da, “fevral təbiətli”deyildi (Lənkəran bölgəsində soyuq təbiətli adamlara “Fevral ayı” deyirlər).
Onun poeziyası tematik cəhətdən zəngindir. Həyata müxtəlif rakurslardan baxmağı bacarırdı. Əzəli-əbədi hisslər: sevgi, sədaqət, sadə olmayan qadın-kişi münasibətləri, dünyanın gərdişi və ana, övlad haqqında lirik şeirləri dərin səmimiyyəti, saflığı və nəcibliyi ilə oxucunu özünə çəkir.
Onun lirikasında şair ruhu, həyəcan və sıxıntıları, hissləri və düşüncələri yansıtılır. Şeirlərinin hər sətri qadın ruhunun, qəlbinin bütöv bir kitabıdı, desək yəqin yanılmarıq.
Daxili hisslər o zaman əsl lirikanın mövzusu olur ki, müəllifin özəl daxili aləmi ilə dünyagörüşü bir birinə bağlı olsun.
Poeziya o zaman uğurlu olur ki, şairin hiss və fikirləri çoxlarının ürəyinə yol tapmış olsun. O özü də həyatda sanki Yerlə Göy arasında idi:
Bir dəli sevginin əlindən tutub
Gedəsən dünyanın axırınacan.
Özündən kənara hərdən çıxasan,
Göydən ayrılasan, Yerdən çıxasan.
Gözü göydə, ulduzlarda, ayağı isə torpaqda idi. Tarazlığını belə saxlayırdı:
Əlinə bir kağız, qələm götürüb
Gedəsən dünyanın axırınacan.
O oxucuya öz hiss, həyəcanlarını açıqca etiraf edirdi. Fərqanənin lirik etirafı ilə həyatının həqiqətləri arasında bərabərlik işarəsi qoymaq olar. Bu etiraflar 7 ildən bəri sağalmaz xəstəliyə tuş gələndən daha da güclənmişdi:
Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.
“Başdaşı düzəldənlə söhbət” şeirində yumorla sarkazm çox incəliklə bir yerdə verilir:
Usta, alverin çox olar,
Bu qara rüzgarla, çağla.
İstəyirsən lap beh verim,
Yaxşısını mənə saxla.
Fərqanənin şeirləri səmimi idi və ürək ağrısı, ağıl və hisslərin qarışıqlığı, gündəlik həyat qayğılarını yansıdırdı.
Lakin bu lirik misraların mahiyyətində bir çox insanın duyğu və hissləri ilə əlaqəli bir şey var ki, onu ictimailəşdirməyə yönəldirdi. Bunlar isə poeziya və həyat həqiqətləridir:
Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.
Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.
O köçə nədən qoşula bilmədi,amansız xəstəlik onu yaxalayıb, yoldan saxladı, ilk dəfə bu xəbərin poetik şəklini belə çəkdi:
Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.
Amma illlər öncə Şəkil silsiləsindən olan başqa bir şeirində isə həyat sevgisi, ümid dolu sabahlara ,anıları yaşadan şəkillərə marağı hədsiz idi:
Ağzım uzun ömrə sulandı vallah
Qarşımda ocaq tək qalandı vallah.
Dünyada nə varsa yalandı vallah
Dünyada tək bircə qalan şəkildi....
Onun ən yaxşı şeirləri təbiiliyi, məhrəmliyi ilə cəlbedicidir. Və müəllifin səmimiyətlə qadının qaygı və sevincini,məqsədinə yetmək üçün çəkdiklərini və ana ürəyi haqda yazdıqları ilk diqqəti cəlb edir.
Fərqanənin misralarını bir birinə pərçimləyən motivlər, baş alıb gedən gənclik, ata-ana intizarı, mənəvi təmizlik haqda düçüncələridir.
Əsl şeir ruh üçün ən yaxşı dərmandır. Poeziya da Fərqanin ruhunun dərmanı idi. “Təndir” şeiri onun ən seçilən və sevilən şeirlərindəndir:
Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır.
Belə ki, “Təndir” şeirindəki ən adi, metaforalar – “ananın içindən alışan təndir”, “ananın qəlbinin odunda bişən kündələr”, “ananın ərkyana şillələdiyi təndir”, “ananın yaxın getməyəndə sinəsi çat-çat olan təndir” və s. şairin anası ilə bağlı hisslərini və təəssüratlarını dəqiq və tam ifadə edir.
Ümimiyyətlə Ana onun şeirlərinin əsas qəhrəmanıdır.
"Ana" şeirində anaya hüdudsuz məhəbbət, sədaqət, heyranlıq, minnətdarlıq və hörmətini ifadə edir:
Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə,
Bircə can sözünə ehtiyacım var.
Həyat yoldaşı İlqar uca qarlı dağların qoynunda – Gədəbəydə böyümüş dağ adamı idi (Sonralar bildim ki, həyat yoldaşı İlqar bəylə uzaq qohumuq). Fərqanənin dağ bulaqlarının suyu kimi saf olan poetik şeirlərini də hələ müəllifi görmədən duyub, bəyənmişdi. Fərqanənin şeirlərini oxuyub, səsini ekrandan eşidib, özünü görmüş, tapıb könlünü vermişdi. Yazdığı şeirlərinin ilk oxucusu idi, şeirlərinin çoxunu əzbər bilirdi. Evləri qonaq-qaralı olardı. Çox vaxt evdəki qonaqlıq şeir ədəbiyyat məclislərinə çevrilərdi. Fərqanənin tələbə yoldaşı, yaxın sirdaşı Aləmzar xanım “ekiz tayı” kimi tanıdığımız Faiq bəy bunların canlı şahidi olub. Bir dəfə mən də bu məclisə düşmüşdüm. İrandan muğam biliciləri və şeir xiridarlarının da olduğu bu məclisdə İlqar bəy böyük şövqlə Fərqanənin yeni şeirlərini söyləmişdi. İlqar bəydən sonuncu dəfə Fərqanənin məzarı başında onun ürəkdağlayan bir şeirini də eşitdik, bir neçə gün özümə gələ bilmədim. Şair yoldaşları, onu sevənlər Fərqanə haqqında gözəl xatirələr yazıblar. Yanılmıramsa, Şəfəq Nasir onu ağ gülə bəzədirdi. Tələbəlik illərində isə tələbə yoldaşlarından biri ona nərgiz gözlü demişdi. Mən də onu Yasəmənə bənzədirəm. İldə bir dəfə çiçəkləyən və ətri hamını məftun edən yasəmənə. Son dəfə də onu (son gücünü toparlayıb sanki bu toya saxlamışdı, çox xoşbəxt görünürdü) oğlu Ülfətin toyunda yasəmən rəngli paltarda gördüm. Torpağa basdırılan gün qəbrinin ətrafında da yasəmən ağacları var idi. Son məkanı da (Bakı mühitində çox nadir də olsa) yasəmən və quş səsləri ilə əhatə olunmuş köhnə bir qəbiristanlıq oldu...
Nə karantin şəraiti, nə də yaşadığı (yerdən götürüldüyü) ünvanın uzaqlığı ona dəyər verənlərin son vidasına səd çəkə bilmədi. Cismi ilə vidalaşsaq da şeirləri diri qaldı.
Artıq ağrılarının acısı onu rahat buraxacaq və şeirlərində bizə sevdirdiyi anası ilə qovuşacaq. Şeirlərindən Yasəmən ətri gələn yasəmən gözlü, bənzərsiz Fərqanəmiz əlvida!