Pablo Neruda - Yavaş-yavaş ölür ehtiraslardan uzaq duran
26/04/2013
Svetlana Turanın tərcüməsində
Yavaş-yavaş ölür Yavaş-yavaş ölür səyahət etməyən,Kitab oxumayan,Musiqini dinləməyən,Özü ilə harmoniyada ola bilməyən. Yavaş-yavaş ölürÖzünə olan inamını itirən,Ona uzanan kömək əlini geri itələyən. Yavaş-yavaş ölür məhəbbətin özünü öldürən,Ömrünü gah bəxtsizlikdən, gah da aramsız yağışdanSonsuz şikayətlərlə keçirən. Yavaş-yavaş ölür planlarını yarımçıq qoyan,Onları həyata keçirməyə heç başlamamış.Ona bəlli olmayan məfhumları sual etməyən.Soruşduqda belə, bildiklərini deməyən. Yavaş-yavaş ölür alışqanlıqlarının köləsi olan,Hər gün eyni istiqamətdə gedib yolunu dəyişməyənPaltarlarının rəngini dəyişməyə risk etməyən,Yadları dindirməyən. Yavaş-yavaş ölürEhtiraslardan uzaq duran,Əsnəməni təbəssüm kimi göstərə bilən.İstər səhvlər, istərsə də hislər nəticəsindəÜrəyi döyünməyə vadar edənVə gözləri parlamağa sövq edənEmosiyalarla dolu olmaq əvəzinə,Ağın üzəri ilə qara yazmağı, “i”-nin nöqtəsini qoymağı sevən. Yavaş-yavaş ölür masanın altını üstünə çevirməyən,Sevgidə, ya da işdə xoşbəxt ola bilmədikdəTalenin zərbələrini dəf etməyən,Arzusunun arxasınca düşərsə,Başına gələ biləcək naməlumluqlar üzündənƏlində olanları təhlükəyə atmayan,Ömründə heç olmasa, bircə dəfəAğıllı məsləhətlərdən can qurtara bilməyən... Elə isə gəlin yaxa qurtaraqKiçik dozalarla yaxınlaşan ölümdən,Sağ qalmağınNəfəs almaq kimi,Böyük və davamlı səy tələb etdiyiniHər zaman xatırlayaq. Bu gününü yaşa!Bu gün risk et!Bunu bu gün et!Yavaş-yavaş ölməyə cürət etmə!Özünə xoşbəxt olmağı qadağan etmə!/kulis.az/