Özdemir Asaf - Sənin daxilinə girdiyim vaxtı
16/03/2016
Avanqard.net türk şairi Özdemir Asafın şeirləri gənc yazar Vasif Əlihüseynin tərcüməsində təqdim edir.
BU GÜN VƏ BU GÜN
Elə tez keçir ki, günlər
Hələ sən də bir həyatına bax
Sanki dünən doğulmuşuq
Təzə dərsə başlamışıq
Təzə sevmişik bir – birimiz
Elə tez keçir ki, günlər
Hələ sən də bir həyatına bax
Sanki sabah bitəcək hər şey
Sabah ölənlər kimiyik
Daha yaşamağa doymamışıq
Günlərimiz dünən bir, bu gün iki
Çalış heç nə saxlama sabah
Çünki sabah yoxdu
QONAQ
Sən gələndə ağlamışdın
Ora üçün
Bil ki, gedəndə də ağlayacaqsan
Bura üçün
PERSPECTİF
Sənin daxilinə girdiyim vaxtı
Çölümdə qalırsan
Sənə kənardan baxanda
İçimə sığdıra bilmirəm
BAĞLI
Məni elə bir yalana inandır ki,
Bir ömür sürsün doğruluğu
HÖRMƏT
Sənə gözəl deyirlər
Heç vaxt gözəl olma
ALTINCI GÜN
Mənim demək üçün çırpındığım gecələrdə
Siz yox idiniz
BU GÜN VƏ BU GÜN
Elə tez keçir ki, günlər
Hələ sən də bir həyatına bax
Sanki dünən doğulmuşuq
Təzə dərsə başlamışıq
Təzə sevmişik bir – birimiz
Elə tez keçir ki, günlər
Hələ sən də bir həyatına bax
Sanki sabah bitəcək hər şey
Sabah ölənlər kimiyik
Daha yaşamağa doymamışıq
Günlərimiz dünən bir, bu gün iki
Çalış heç nə saxlama sabah
Çünki sabah yoxdu
QONAQ
Sən gələndə ağlamışdın
Ora üçün
Bil ki, gedəndə də ağlayacaqsan
Bura üçün
PERSPECTİF
Sənin daxilinə girdiyim vaxtı
Çölümdə qalırsan
Sənə kənardan baxanda
İçimə sığdıra bilmirəm
BAĞLI
Məni elə bir yalana inandır ki,
Bir ömür sürsün doğruluğu
HÖRMƏT
Sənə gözəl deyirlər
Heç vaxt gözəl olma
ALTINCI GÜN
Mənim demək üçün çırpındığım gecələrdə
Siz yox idiniz