Opera və Balet Teatrında “Trubadur” operası nümayiş olunacaq
16/05/2017
Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada teatrın solistləri ilə yanaşı, qastrolçular da çıxış edəcəklər.
Əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın xalq artisti Ramiz Usmanov ifa edəcək.
Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün dəvət olunub.
Leonora rolunda əməkdar artist Afaq Abbasova, Azuçena rolunda isə Nina Makarova çıxış edəcəklər.
Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir./apa.az/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib