“Oda” Teatrı Şəkiyə qastrola gedir
29/06/2015
Müstəqil “Oda” Teatrı Şəkiyə üç günlük qastrol səfəri edəcək. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib.
Onun sözlərinə görə, qastrol səfərində teatrın yeni tamaşası olan “Tikanlı məftillər” nümayiş olunacaq: “Qastrol səfərimiz iyun ayının 26, 27 və 28-nə nəzərdə tutulub. Üç gün ərzində Şəkinin bir neçə kəndində olacağıq və tamaşalar nümayiş etdirəcəyik. Geri qayıtdıqdan sonra isə Göyçay və Akstafa səfərlərini reallaşdıracağıq. Qastrol zamanı türkiyəli yazar Müzəffər İzgünün “Sərhəd” əsəri əsasında hazırlanmış “Tikanlı məftillər” tamaşasını göstərəcəyik. Səfərlərimiz yekunlaşdıqdan sonra isə iyulun 15-də teatrın 2 yaşının tamam olması və 3-cü mövsümümüzün açılışı ilə bağlı silsilə tədbirlər həyata keçirəcəyik”.
Qeyd edək ki, bu qastrol səfəri “Oda” Teatrının artıq ikinci səfəridir. Bundan öncə teatr Biləsuvar rayonuna səfər etmiş və rayonun ucqar kəndlərində “Bəyaz şedevr” tamaşasını nümayiş etdirmişdi. İkinci səfərdə isə “Tikanlı məftillər” tamaşası nümayiş olunacaq ki, bu tamaşanın rejissoru İmam Həsənov, aktyorları isə Elmin Bədəlov və Niyaz İlyasoğludur. Teatr hazırda Bakı nümayişlərinə fasilə verib və 3-cü mövsümlərinin açılışına sürprizlər vəd edir.
Avanqard.net

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib