"Nabat" filmi İranda mükafat qazanıb
05/05/2015
"Nabat" filmi İranda mükafat qazanıb. "Azərbaycanfilm" kinostudiyasından "Report"a verilən məlumata görə, film İranda keçirilən 33-cü Fəcr beynəlxalq film festivalının "East Panorama" müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Festivalda və mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.
Qeyd edək ki, film 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib