Avanqard

Muzey Mərkəzində gənc rəssamın fərdi sərgisi açılacaq

25/12/2015

Muzey Mərkəzinin “Sərgi Qalereyası”nda gənc rəssam Gülarə Hüseynovanın “Qəlbimim rəngləri” adlı fərdi sərgisi keçiriləcək.

Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 34 rəsm əsəri nümayiş olunacaq.

Gülarə Hüseynovanın yaradıcılığında natürmortlar və mənzərələr böyük yer tutur. Gənc rəssam əsərlərinin hər birində özünü əks etdirir. O deyir: “Mən gördüyümü çəkirəm, amma istəyirəm ki, hər kəs mənim rəsmlərimdə xüsusi bir məna tapsın”.

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya məktəbi”nin 7-ci sinfində oxuyan G.Hüseynovanın əsərlərində bəzi dərin fəlsəfi mənalar özünü göstərməkdədir.

Digər Məqalələr