Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
07/07/2020
Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn ilin aprelində keçiriləcək.
Bu barədə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu məlumat yayıb. VI Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn il aprelin 23-24-də Moskvada keçiriləcək. Müsabiqənin 1-ci turu “Vegas City Hall”, 2-ci turu isə “Crocus City Hall” konsert salonlarında təşkil olunacaq.
Müsabiqədə 20-35 yaşlarında vokal təhsili olan şəxslər, ali musiqi məktəblərinin və ya kolleclərin vokal şöbələrində təhsil alan tələbələr iştirak edə bilərlər. Yarışmaya qatılmaq arzusu olanlar sentyabrın 15-dək sənədlərini təşkilat komitəsinə göndərməlidirlər. Münsiflər heyətinə, ənənəvi olaraq, SSRİ Xalq artisti Tamara Sinyavskaya rəhbərlik edəcək.
Qeyd edək ki, müsabiqənin bu il oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışma təxirə salınıb. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib