Avanqard

Murad Köhnəqla və Mümin Sekmanın kitabları çap olundu

24/02/2015

Murad Köhnəqala - YUXULARIM


Kitabdakı hekayələri “Yuxularım” adlandırsam da, təsvir olunan hadisələrin heç birini yuxuda görməmişəm. Mətnlərin  yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı. Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hə­də­­­fində insan iradəsinin necə aciz olduğunu görə­cəksiniz. 

Bakı, Qanun Nəşriyyatı, 2015, 88 səh., 300 tiraj
Redaktor: Şəlalə Göytürk







\"\"Mümin Sekman - DAVAMLI  ÖYRƏN

Həyatda necə uğur qazanmaq olar? Gənclər necə etməlidirlər ki, özlərinə münasib karyera qursunlar? Uğurun düsturu varmı?
Kitabın müəllifi Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz təcrübəsindən istifadə edərək öyrədir. İlk olaraq “Fərdi İnkişaf mütəxəssisi” titulunu qazanan müəllif bütün kitablarını insanların həyati biliklərini təkmilləşdirməsinə praktik olaraq yardım üçün yazır. M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.
Bu kitab daha çox gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.

Bakı, Qanun Nəşriyyatı, 2015, 184 səh., 1000 tiraj
Türkcədən tərcümə: Həcər Abbaslı
Nəşriyyat redaktoru: Anar Mahmudoğlu


Artpress.az

Digər Məqalələr