Avanqard

Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək

12/10/2018

Oktyabrın 19-20-də Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək.

12 ölkədən 18 vokalçının iştirak edəcəyi müsabiqənin final konserti oktyabrın 20-də “Crocus city hall” konsert zalında təşkil olunacaq.

Xatırladaq ki, vokalçıların M.Maqomayev adına Beynəlxalq Müsabiqəsi 2010-cu ildən başlayaraq iki ildə bir dəfə keçirilir.

/Fəridə Abdullayeva, Azərtac/

Digər Məqalələr