Milli Dram Teatrında \"Qatarın altına atılan qadın\" tamaşası nümayiş etdiriləcək
07/01/2015
Yanvarın 13-də Akademik Milli Dram Teatrının səhnəsində yazıçı, əməkdar incəsənət xadimi Afaq Məsudun \"Qatarın altına atılan qadın\" tamaşası nümayiş ediləcək.
Bu barədə məlumatı Milli Dram Teatrı yayıb.
Uzun fasilədən sonra yenidən nümayiş ediləcək tamaşada baş rol olan Gültəkin Sarabskayanı Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kəmalə Hüseynova ifa edir.
İkihissəli tragikomediyada əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Pərviz Bağırov (nəzarətçi), Hicran Nəsirova (tumsatan), Kazım Abdullayev (rejissor), aktyorlar Rəşad Bəxtiyarov (qəzetsatan), Elnar Qarayev (dilənçi) və Şəhla Əliqızı (rejissor köməkçisi) çıxış edirlər.
Tamaşaya Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib.
Rejissor tamaşada Mişel Leqranın musiqilərindən istifadə edib.
Qeyd edək ki, \"Qatarın altına atılan qadın\" tamaşası Tehranda keçirilən 31-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş edilib və iran tamaşaçılarının rəğbətini qazanıb. /report.az/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib