“Məryəm” filminin çəkilişləri tamamlanıb
07/07/2021
“Məryəm” bədii tammetrajlı filminin çəkilişləri tamamlanıb.
"Azərbaycanfilm Kinostudiyası”ndan verilən məlumata görə, Zaqatala-Balakən bölgəsində təqribən iki aya yaxındır davam edən bədii filmin çəkilişləri artıq yekunlaşıb.
Ssenari müəllifi və rejissoru Elçin Musaoğlunun olduğu filmdə, Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssam isə Zaur Abdullayevdir.
Bir neçə gün əvvəl Türkiyənin ən mühim film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto – 2021”, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri də, “Azərbaycanfilm Kinostudiyası” və "Sinema Evi" şirkətinin müştərək istehsal etdiyi “Məryəm” tammetrajlı bədii film layihəsi oldu. /Report/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib