Mədəniyyət və İncəsənət Universitetində Zəlimxan Yaqubla görüş keçirilib
05/03/2015
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səda" Tədris Teatrında Azərbaycanın Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Şairin özünün də iştirak etdiyi tədbirdə "Aşıq sənəti" kafedrasının müdiri Aşıq Əhliman Rəhimov, dosentlər Aşıq Samirə Əliyeva, Fəzail Miskinli, Nemət Qasımov və Aşıq Altay Zəlimxan Yaqubun sözləri üzərində aşıq nümunələri ifa ediblər. Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli , filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək, şairin zəngin yaradıcılığından söhbət açıblar.
Ustad sənətkarla görüşdə Əməkdar artist, dosent Ağalar Bayramov və eləcə də tələbələrin ifasında Zəlimxan Yaqubun qələminə məxsus nümunələr səsləndirilib.
Sonda səbəbkarın özü də çıxış edərək, Universitetin müəllim tələbə heyətinə təşəkkürünü bildirib. Şair yeni yazdığı şeirlərdən də söyləyərək,daha sonra tələbələrin ona ünvanladığı sualları cavablandırıb.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib