Marina Svetayeva - Vaysınmıram, keçib iş işdən daha
20/07/2013
Vaysınmıram, keçib iş işdən daha.
Əfsus, ancaq aramıram günahkar.
Aşiqlərin, ehtiraslı eşqindən
yer üzündə daha vacib işlər var.
Sənsən ilhamımın gənc günahkarı.
Çırpılıb qanadın yoğrun sinəmə.
Hökm edirəm sənə: ancaq mənim ol,
Mən sadiq qalacam itaətimə.
Tərcümə edən: Fərid Hüseyn