Avanqard

“Kitabi-Dədə Qorqud-dastanlar dastanı” mövzusunda beynəlxalq konfrans keçiriləcək

11/11/2013

“Kitabi-Dədə Qorqud” abidəsinin alman alimi Fridrix Fon Dits tərəfindən Drezden kitabxanasında aşkarlanması və abidə haqqında ilk elmi tədqiqat işinin yazılması ilə başlanan qorqudşünaslığın 2015-ci ildə 200 yaşı tamam olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun mətbuat xidmətindən bildirmişlər ki, bu əlamətdar hadisə ilə bağlı “Kitabi-Dədə Qorqud-dastanlar dastanı” mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Folklor İnstitutunun təşəbbüsü ilə reallaşacaq konfransa türk xalqlarının alimləri, qorqudşünasları dəvət olunacaq. /AzərTAc/

Digər Məqalələr