Avanqard

Kamil Əfsəroğlunun «Hollivuddan Yaşılçama» adlı yeni katabı çapdan çıxıb

16/05/2016

Yazıçı-jurnalist Kamil Əfsəroğlunun «Hollivuddan Yaşılçama» adlı yeni katabı çapdan çıxıb. Amerikada Hollivud nə mənadadırsa, Yaşılçam da Türkiyədə o anlama gəlir.

Kamil Əfsəroğlu dünyanın məşhur kinorejissorları, aktyorları  və digər sənət adamlarıyla görüşlərindən, onların həyat və yaradıcılığından söhbət açır.

Kitab bədii publisistika janrında yazılıb və oxucunu zəngin faktlarla, hadisələrlə tanışlıq gözləyir. Stenli Kramer, Frensis Koppolo, Rober Osseyn, Fanni Ardan, Rac Kapur, Ömər Şərif, Din Rid, Amitabh Baççan, Atif Yılmaz, Türkan Şoray, Çingiz Aytmatov, Maya Plisetskaya və digər məşhurların yaradıcılığı fərqli yöndə təqdim olunur.

Müəllifin axıcı dili, bədii forma və üsullardan bacarıqla yararlanması, dünyanın məşhur sənət ustalarıyla görüşünü əkç etdirən fotoşəkillər kitabı daha da maraqlı və oxunaqlı edir.

Digər Məqalələr