Kamal Abdullanın romanı İtaliyada nəşr olundu - FOTO
08/09/2014
Görkəmli Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın italyan dilinə tərcümə edilmiş \"Yarımçıq əlyazma” kitabı çapdan çıxıb.
Daniele Franzoninin tərcümə etdiyi kitabda ön sözün müəllifi görkəmli yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktor isə professor Mikele Bernardinidir.
Bu əsərdə Kamal Abdulla \"Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsini əks etdirib. Romanda VIII əsrdən XV əsrədək oğuz eli tayfalarının həyatı ilə bağlı maraqlı məqamlar yer alıb.
\"Sandro Teti” nəşriyyat evində çapdan çıxan kitabın ön sözündə professor Franko Kardini romanın italiyalı oxucular tərəfindən bəyəniləcəyinə əminliyini vurğulayıb. /AzərTAc/

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48