Avanqard

“İtalyan ədəbiyyatı antologiyası” çapdan çıxıb

27/04/2017

Azərbaycan  Respublikası  Prezidentinin sərəncamı ilə çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından “İtalyan ədəbiyyatı antologiyası” çapdan çıxıb.

XIX-XX əsrlər italyan nəsrinin görkəmli nümayəndələri C.Verqa, L.Kapuana, Q.D`Annuntsio, L.Pirandello, D.Butsati, A.Moravia, İ.Kalvino, U.Eko, A.Tabukki və digər yazıçıların hekayə və novellalarından ibarət olan antologiyada, tanınmış yazıçı-tərcüməçi Cəmşid Cəmşidov tərəfindən orijinaldan tərcümə olunmuş əsərlər toplanıb.

Kitabın redaktoru Nərgiz Cabbarlıdır.

Digər Məqalələr