İtaliya yazıçısının “Tatar çölü” romanı Azərbaycan dilində
13/03/2013
Görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü” "Qanun" nəşriyyatı tərəfindən çap olunub.
Dünya ədəbiyyatının şedevrlərindən sayılan romanın maraqlı sujet xətti var.
Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən gənc leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
“…Qalanın qoruyucu məntəqələrindəki üzücü həyat, ölgün şimal çölünü nəzərdən keçirməsi, həyatda uğur qazana bilmədiyinə görə ümidsizliyə qapılması, uzun illər gözləməsi ona boş bir şey kimi gəldi…”
Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır.
Avanqard.net

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48